AzMİU tələbəsinin “Ulu Öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb

AzMİU tələbəsinin “Ulu Öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda Tikinti-iqtisad fakültəsinin II kurs tələbəsi Ramazan Məmmədlinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ulu Öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb.
Fakültənin dekanı Rahad Qəribov Ramazanı fərdi sərgisinin açılması münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, Qax rayonunda doğulan bu gəncin orta məktəb illərindən rəssamlığa böyük həvəsi olub, rəsm çəkməyi sevib, dəfələrlə sərgilərdə iştirak edib, diplom və fəxri fərmanlarla təltif olunub. Rəssamlıq təhsili olmasa da, özü həvəskar kimi bu sənəti öyrənib, 2 dəfə universitetdə keçirilən rəsm müsabiqəsində I və II yerlərə layiq görülüb.
Sərgidə Ramazanın portret, mənzərə, natürmort janrlarında çəkdiyi 45 rəsm əsəri nümayiş olunub. Ümummilli lider Heydər Əliyevin, Atatürkün, Vətən müharibəsi şəhidlərinin və başqa tanınmış simaların karandaş və qələmlə çəkilmiş təsvirləri xüsusilə diqqət cəlb edib, ziyarətçilər tərəfindən böyük marağa səbəb olub.

Tehsil-press.az


Oxşar xəbərlər