Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş respublika konfransı

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş respublika konfransı Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş respublika konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Tərtər rayonunun mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Şəhidlərin xatirəsinə həsr edilmiş memorial kompleks ziyarət olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən bəhs edib. O, ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.
M.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Böyük Zəfərin əhəmiyyətindən danışıb.
Eyni zamanda, qeyd olunub ki, Vətən müharibəsi dövründə düşmən tərəfindən şəhər və kəndlərimiz, o cümlədən Tərtər müxtəlif silahlarla atəşə tutulub, günahsız insanların qanı axıdılıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan xalqı əsl fədakarlıq nümunəsi göstərdi. Bütün dünya Azərbaycan xalqının vətənpərvərliyini gördü.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlının “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslanın “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, kafedranın dosenti Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyev və türk dünyası”, filologiya elmləri doktoru Əlağa Cəfərovun “Ulu öndər Heydər Əliyev ölkəmizdə sabitliyin və inkişafın qarantıdır” mövzularında məruzələri dinlənilib.
Tədbirin sonunda “Akademkitab” Birliyi tərəfindən Tərtər rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə edilmiş kitabların sərgisinə baxış olub.

Tehsil-press.az

Oxşar xəbərlər