BDU-da karyeranın düzgün seçilməsinə dair təlim

BDU-da karyeranın düzgün seçilməsinə dair təlim Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə “Karyeranın düzgün seçilməsi. İş imkanları məhdud olarkən nə etməli?” mövzusunda növbəti təlim keçirilib.
Tədbirdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov tələbələrin mövcud əmək bazarında karyera imkanlarının düzgün dəyərləndirilməsinin önəmini vurğulayıb.
BAMF prezidenti Umud Mirzəyev keçdiyi həyat yolundan bəhs edərək, uğur hekayəsini gənclərlə bölüşüb. Karyeranın düzgün seçilməsinin insanın gələcək uğurlarında önəmli rol oynadığını qeyd edib.
Hüquqşünas Səməd Vəkilov “Özünütəqdimetmə bacarıqları və tələbə hüququ” mövzusunda çıxış edərək tələbələrin diqqətinə dövrün ən önəmli məsələsi hesab olunan özünütəqdim bacarığının vacibliyini çatdırıb.
Görüşdə istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri müzakirə olunub.
Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər