Tviter kommersiya və hökumət istifadəçiləri üçün pullu ola bilər

Tviter kommersiya və hökumət istifadəçiləri üçün pullu ola bilər Tviter sosial şəbəkəsi kommersiya və hökumət istifadəçiləri üçün pullu ola bilər.
Bu barədə sosial şəbəkəni alan amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask adı çəkilən sosial şəbəkədəki səhifəsində məlumat verib.
"Tviter ümumi istifadəçilər üçün həmişə pulsuz olacaq, lakin kommersiya və dövlət istifadəçiləri üçün kiçik bir ödəniş ola bilər", - deyə, o yazıb.
Qeyd edək ki, Mask daha əvvəl Amerika platformasını 44 milyard dollara alıb.

Tehsil-press.az


Oxşar xəbərlər