İlon Mask 2022-ci ildə insanabənzər robot yaratmaq niyyətindədir

İlon Mask 2022-ci ildə insanabənzər robot yaratmaq niyyətindədir Tesla və SpaceX-in rəhbəri İlon Mask bu ilin sonuna kimi insanabənzər robotun işlək prototipini yaratmaq istəyini açıqlayıb.
Robota artıq adda verilib - Tesla Bot. İnsanabənzər robotun təkamül edə biləcəyi güman edilir. İlk növbədə Tesla Bot insan üçün sadə işlər görəcək, fermalarda tərəvəz və ya meyvə yığacaq.
"Zaman keçdikcə robot özünəməxsus şəxsiyyətə yiyələnə bilər. Bu o demək deyil ki, bütün robotlar eyni olacaq. Hər birinin şəxsiyyəti sahibinə daha yaxşı uyğunlaşmaq üçün inkişaf edəcəkdir", - deyə Mask bildirib.

Tehsil-press.az




Oxşar xəbərlər