Beynəlxalq aviaşirkətlər Venesuelaya qayıtmağı planlaşdırır

Beynəlxalq aviaşirkətlər Venesuelaya qayıtmağı planlaşdırır TAP, “Air France”, “Iberia” və “Aerolineas Argentinas” bu ilin ikinci yarısında Latın Amerikasının ən təcrid olunmuş istiqamətlərindən biri olan Karakasa uçuşları bərpa etməyi planlaşdırır.
Portuqaliyanın ən böyük aviaşirkəti “TAP Air Portugal”ın Karakasa uçuşları geri qaytarması son illər Venesuelada beynəlxalq uçuşların ciddi şəkildə təcrid olunması fonunda dönüş nöqtəsi ola bilər.
Bir çox aviaşirkətlər dövlət borcu, siyasi münaqişə, təhlükəsizlik və infrastruktur problemləri, Nikolas Maduro hökumətinə qarşı beynəlxalq sanksiyalar və pandemiya səbəbindən ölkəni tərk edib.
Son aylarda “Air France”, “Sky”, “Lan Chile”, “Iberia”, “Aerolineas Argentinas”, “Avianca” və “Wyngo” kimi şirkətlər ərazini və ölkədə uçuşların bərpası imkanlarını öyrənmək üçün Venesuela Milli Mülki Aviasiya İnstitutunun (INAC) səlahiyyətliləri ilə əlaqə saxlayıb.
ALAV Milli Aviaşirkətlər Assosiasiyasının prezidenti Humberto Fiqeyranın sözlərinə görə, “TAP Air Portugal”dan başqa, hazırda Mayketiya şəhərindəki Simon Bolivar Beynəlxalq Hava Limanına daha beş beynəlxalq aviaşirkət xidmət göstərir. Bunlar Venesuelanın səkkiz aviaşirkəti ilə birlikdə ölkədə kommersiya uçuşlarına cavabdeh olan “Cubana de Aviación”, “Panama Copa”, “Turskih Airlines”, “Air Europa” və “Plus Ultra”dır.

Tehsil-press.az


Oxşar xəbərlər