Venesuelada minimal əmək haqqı 60 dəfə artacaq

Venesuelada minimal əmək haqqı 60 dəfə artacaq Venesuelada 60 dəfər artırılan minimal əmək haqqının verilməsi sentyabr ayından başlayacaq.
Bu barədə Venesuelanın prezidenti Nikolas Maduro öz çıxışında bildirib.
N.Maduro bildirib: "Sentyabın 1-dən başlayaraq yeni minimal əmək haqqının verilməsi başlayacaq, həmçinin 600 bolivar əlavə bonus ödəniləcək".
Qeyd edək ki, avqustun 17-si Nikola Maduro ölkədə minimal əmək haqqının "petro" kriptovalyutasına bağlandğını bəyan edib. Minimal əmək haqqı bir "petro"nun yarı qiymətini və ya 1,8 min yeni bolivar təşkil edəcək. Bu isə minimal əmək haqqının birdən-birə 60 dəfə artması deməkdir. Hazırda Venesuelada minimal əmək haqqı 3 milyon bolivar təşkil edir (30 yeni bolivar).
Avqustun 20-dən Venesuelada yeni pul dövriyəyə buraxılır - köhnə bolivarın üzərindən 5 sıfır yığışdırılacaq və ən böyük əskinas 500 yeni bolivar olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər