Məhkəmə məşhur Hollivud ulduzu Conni Deppin xeyrinə qərar çıxarıb

Məhkəmə məşhur Hollivud ulduzu Conni Deppin xeyrinə qərar çıxarıb Dünya ictimaiyyətinin diqqətini çəkən Conni Depp və Ember Herd arasında diffamasiya iddiası başa çatıb.
Hollivud kino ulduzu aktyor Conni Depp və onun keçmiş həyat yoldaşı Ember Herd arasında həftələrlə davam edən diffamasiya iddiası Deppin xeyrinə nəticələnib.
Belə ki, 14 saatlıq müzakirədən sonra məhkəmə heyəti Ember Herdin, Conni Deppə 15 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
Xatırladaq ki, Ember Herd, Conni Deppi Amerika mediasında “məişət zorakılığını təmsil edən ictimai xadim” kimi xarakterizə etmişdi. Conni Depp isə böhtan iddiası açaraq 50 milyon dollar təzminat tələb etmişdi. Ember Herd isə əks hərəkətə keçərək 100 milyon dollarlıq təzminat iddiası qaldırmışdı.

Tehsil-press.az


Oxşar xəbərlər