ADNSU-da “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzi tərəfindən infosessiya keçirilib

ADNSU-da “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzi tərəfindən infosessiya keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzi tərəfindən tələbələr üçün informativ sessiya keçirilib.
ABŞ-ın “Strategeast” və EPAM qlobal informasiya texnologiyaları şirkətlərinin “QA Engineer” və “Front-end Developer” istiqamətlərində tədris verən mentorları infosessiyada proqramlaşdırmanın əhəmiyyəti və perspektivlərindən danışıblar.
Qeyd edək ki, infosessiya informasiya texnologiyaları karyerasını qurmaq istəyənlər üçün, texniki bacarıqları öyrətmək və konsultativ yardım göstərmək məqsədilə təşkil edilir.
“IdealHub” İnnovasiya və Texnologiya Mərkəzi tərəfindən təqdim edilən “Learn&Earn” proqramı beynəlxalq mütəxəssislər tərəfindən qlobal informasiya texnologiyaları kursları təşkil etməklə yanaşı, tələbələrə Azərbaycanı tərk etmədən, dünya üzrə 60 mindən çox əməkdaşı olan Amerikanın EPAM şirkətində gələcək karyeralarını qurmaq imkanını təklif edir. Kurslar müxtəlif platformalardan, “testinq” metodologiya və proqramçılar üçün təlimlərdən ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər