ADNSU Macarıstanın elmi qurumu ilə əməkdaşlığı genişləndirir

ADNSU Macarıstanın elmi qurumu ilə əməkdaşlığı genişləndirir Dekabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Macarıstanın İnformasiya və Elmi İnkişaf üzrə Regional Mərkəzinin (RCISD) baş elmi direktoru Bela Kardon və Alman Aerokosmik Mərkəzinin böyük elmi işçisi Jörn Grünevald ilə görüşüb.
Görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbin tarixi, beynəlxalq əlaqələri, mübadilə proqramlarından danışıb. ADNSU-da neft-qaz sahəsi ilə yanaşı iqtisadiyyat, energetika, informasiya texnologiyaları və digər ixtisaslar üzrə mütəxəssis hazırlığı aparıldığını qeyd edən rektor, eyni zamanda, “eazi START” Startap və İnnovasiya Mərkəzi, Lazer Mərkəzi, laboratoriyalar haqqında ətraflı məlumat verib.
Sonra “Horizon-2020” tədqiqat və innovasiya proqramı çərçivəsində elm, texnika, innovasiyalar sahəsində əməkdaşlıq edilməsi haqqında müzakirələr aparılıb və əməkdaşlıq barədə razılıq əldə olunub.
Qeyd edək ki, RCISD elm xadimləri, elm və inkişaf menecerləri tərəfindən elmi-tədqiqat işləri aparmaq, Tədqiqat, Texnologiya İnkişafı və İnnovasiya (RTDI) layihələrini idarə etmək, həmçinin beynəlxalq koordinasiya və dəstək tədbirlərində iştirak etmək məqsədilə yaradılmış müəssisədir.
Mərkəzin missiyası müvafiq universitet, tədqiqat və sənaye tərəfdaşları ilə ən son bilikləri və RTDI informasiyasını bölüşməkdir.

ADNSU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər