Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar

Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar Bakı şəhəri 327 saylı orta məktəbin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar. Şagirdlərlə görüşən rektor Kamal Abdulla ADU-nun məktəblərlə olan sıx əlaqəsindən danışıb. Rektor bildirib ki, 4-cü kurs tələbələrinin məktəblərdə olan təcrübəsi uğurla başa çatıb və bir neçə məktəbin kollektivi ilə universitetdə görüş keçirilib.
ADU-nun geniş beynəlxalq əlaqələri var, 20-dən artıq dil tədris olunur. Dillərin tədrisi zamanı həmin ölkələrin mədəniyyəti, tarixi, müasir dünyadakı yeri də öyrənilir. ADU-nun zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.
Daha sonra şagirdlər və 327 saylı məktəbin müəllimləri universitetlə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər