BDU ilə Çex Respublikasının universitetləri arasında əməkdaşlıq genişlənir

BDU ilə Çex Respublikasının universitetləri arasında əməkdaşlıq genişlənir Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çex Respublikasının Azərbaycandakı səfiri Milan Ekertlə görüşüb.
Görüşdə rektor E.Babayev bildirib ki, BDU-nun Çex Respublikasının ali təhsil müəssisələri ilə müxtəlif istiqamətli əməkdaşlığı mövcuddur. BDU-nun Çex Respublikasının Palaski Universiteti, Praqa Texniki Universiteti, Karlov Univeristeti, Cənubi Bohemia Universiteti ilə müxtəlif illərdə müqavilələr imzaladığını xatırladan rektor həmin universitetlərlə magistratura və doktorantura təhsil səviyyələri üzrə mübadilə və ikili diplom proqramları, birgə müsabiqələr, kadr hazırlığı, elmi-tədqiqat layihələri, elmi simpozium, seminar, konfrans, ixtisasartırma kursları və tədris planlarının təşkili istiqamətlərində əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Səfir qarşıdakı illərdə iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb.
Görüşdə BDU ilə Çex Respublikasının ali məktəbləri arasında elmi-təşkilati əlaqələrin daha da dərinləşməsi məsələləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər