BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb.
Görüşdə Elçin Babayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əzəli torpaqlarımızı işğaldan azad etməsinin qürurunu yaşadığını qeyd edib. Rektor iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb, Pakistanın ali məktəbləri ilə BDU arasında əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
Səfir Bilal Haye görüşə görə BDU-nun rəhbərliyinə təşəkkürünü bildirib, universitetdə olmaqdan məmnunluğunu ifadə edib. Səfir əməkdaşlığın möhkəmləndirilməsində universitetin dəstəyini yüksək qiymətləndirib, bunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olduğunu deyib.
Görüşdə BDU ilə Pakistanın ali məktəbləri arasında elm, təhsil, tədris sahələrində əlaqələrin əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi üzrə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər