Yaponiyanın milli valyutası olan yenin məzənnəsi son 20 ilin ən aşağı həddinə düşüb

Yaponiyanın milli valyutası olan yenin məzənnəsi son 20 ilin ən aşağı həddinə düşüb Yaponiyanın milli valyutası olan yenin məzənnəsi ABŞ dollarına nisbətdə zəifləməkdə davam edir.
Səhər saatlarında Tokio Fond Birjasında (TFB) yenin məzənnəsi son 20 ilin ən aşağı həddinə düşüb. Daha çox mənfəət əldə etməyə çalışan investorlar yapon yenini sataraq ABŞ dolları almağa çalışırlar.
Bazar ertəsi günü TFB-də hərracların bəzi məqamlarında yenin məzənnəsinin 1 ABŞ dollarına qarşı 135 yen həddinə düşdüyü bildirilir. Bu, 2002-ci ilin fevralından bəri ən aşağı həddir.
Bazar mənbələrinin bildirdiyinə görə, ABŞ və Yaponiya arasında faiz dərəcələri arasında artan fərq investorları dollar aktivlərini artırmağa cəlb edir.
ABŞ-ın Federal Ehtiyatlar Sistemi pul-kredit siyasətini sərtləşdirdiyi halda, Yaponiya Bankı pul-kredit siyasətini kütləvi şəkildə yumşaltmaqda davam edir.

Tehsil-press.az


Oxşar xəbərlər