UNEC-də vacib fənlərin tədrisi ilə bağlı müzakirələr aparılıb

UNEC-də vacib fənlərin tədrisi ilə bağlı müzakirələr aparılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022-ci ilin “İnformasiya Texnologıyaları ili” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər davam edir.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “IKT LAB” Tətbiq və Tədris Mərkəzinin sektor müdiri Ayaz Kərimov və mərkəzin təlimçisi Cavid Əliyev tələbələrə proqramlaşdırma ixtisasının üstünlükləri və karyera imkanları, eləcə də peşəkar proqramçı olmağın əsas meyarları barədə məlumat veriblər. Proqramlaşdırmanı daha yaxşı mənimsəmək üçün nəzəriyyə ilə yanaşı, proqramlaşdırma məntiqini inkişaf etdirməyin və alqoritm tərtib etmək bacarığının təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Şirkət nümayəndələri ilə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov arasında tədris planlarında seçmə fənlərin müəyyənləşdirilməsi və vacib fənlərin tədrisi ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər