Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən edilən hava zərbələri nəticəsində ikisi qadın olmaqla 9 nəfər ölüb. Təhsil-press.az-ın məlumatına görə, hava zərbələri Yəmənin Marib şəhərinə endirilib. Hadisə nəticəsində daha 4 nəfər yaralanıb.