Təhsil nazirinin Mingəçevirdəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Təhsil nazirinin Mingəçevirdəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib Təhsil naziri Emin Əmrullayevin iyunun 24-də Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu iyunun 28-nə keçirilib.
Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək. Vətəndaşlar qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.
Qeyd edək ki, qəbulda Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin iştirakı nəzərdə tutulub.

Tehsil-press.az



Oxşar xəbərlər