İsraildə 1200 yaşlı məscid aşkar edilib

İsraildə 1200 yaşlı məscid aşkar edilib İsrailin Neqev səhrasındakı Rahat şəhərində qazıntı işləri zamanı yaşı 1200-dən çox olan kənd məscidi aşkar edilib.
Bu barədə İsrailin Qədim Tarix İdarəsi məlumat yayıb.
VII-VIII əsrlərdə tikildiyi ehtimal olunan məscid kvadrat şəkilli 1 otaqdan və mehrabdan ibarətdir. Burada eyni anda onadək şəxsin ibadət etməsi mümkün olub.
İsrailli arxeoloqlar bildirirlər ki, bura yaxın ərazidə 2019-cu ildə qazıntı zamanı da başqa bir kənd məscidi aşkara çıxmışdı. Bunlar islam dünyasının ən qədim məscidləri arasında yer alır.

Tehsil-press.az


Oxşar xəbərlər