Bu yerlərdə qan verə bilərsiz - Siyahı

Bu yerlərdə qan verə bilərsiz - Siyahı Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə bu gün Aşura günü münasibətilə 25 şəhər və rayonda 33 yerdə qanvermə aksiyası keçirilir.
Bakıda könüllü qanvermə aksiyasında iştirak etmək arzusunda olan vətəndaşlar aşağıda qeyd olunan ünvanlara baş çəkə bilərlər:
Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir-Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi”, “Sahibəzzaman” məscidi, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı ”və “İçəri şəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Cavad” məscidi və “Hacı Soltanəli” məscidi.
Regionlarda aksiyaların təşkil olunacağı ünvanlar: Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar” məscidi, Mingəçevir şəhəri “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhəri “İmam Əli” məscidi, Mərkəzi Qan bankının Şirvan bölməsi, Ağcabədi rayon Mərkəzi Xəstəxanası, Ağsu rayon Mərkəzi Xəstəxanası, Beyləqan rayon Mərkəzi xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), Cəlilabad rayon Mərkəzi Xəstəxanası, Göyçay rayonu “Əbülfəzlil-Abbas” məscidi, Xaçmaz şəhər Məscidi, Mərkəzi Qan bankının Quba bölməsi, Masallı rayonu “Cümə” məscidi, Salyan rayonu “Hacı Tağı” məscidi, Şirvan şəhər məscidi.
Qeyd edək ki, aksiyalar bu gün səhər 9:00-da başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər