Kanada Ukraynadakı səfirlik işçilərinin bir hissəsini geri çağırır

Kanada Ukraynadakı səfirlik işçilərinin bir hissəsini geri çağırır Kanada hökuməti Ukraynadakı səfirlik əməkdaşlarının bir hissəsini geri çağırmaq qərarına gəlib.
Bu barədə Kanada hökumətinin bəyanatında deyilir. Bildirilir ki, hökumət diplomatların ailələrinin və Kiyevdəki səfirliyinin əməkdaşlarının bir qismini geri çağırmaq qərarına gəlib.
Vurğulanıb ki, Ukraynadakı vəziyyət diqqətlə izlənilir, eyni zamanda Kanada vətəndaşlarının təhlükəsizliyi Ottava üçün əsas prioritet olaraq qalır.
"Rəsmilərimiz lazım gəldikdə Kanada vətəndaşlarına konsulluq yardımı göstərməyə hazırdır. Kanadanın Ukraynadakı səfirliyi açıq olaraq qalır", - məlumatda deyilir.

Tehsil-press.az


Oxşar xəbərlər