
Görüş zamanı B.Conson Ankaranın Ukraynadan taxılın çıxarılması üzrə səylərini yüksək qiymətləndirib. "Baş nazir Prezident R.T.Ərdoğanın Ukraynadan taxılın çıxarılması məsələsində liderliyini alqışlayıb".
Türkiyə lideri ilə söhbət zamanı B.Conson Türkiyə, İsveç və Finlandiyanın imzaladığı və iki Skandinaviya ölkəsinin NATO-ya daxil olmasına yol açan sazişi də alqışlayıb.
B.Conson və R.T.Ərdoğan Britaniya-Türkiyə əlaqələrinin, ilk növbədə texnologiya və enerji sahələrində dərinləşdirilməsini də müzakirə ediblər.
Tehsil-press.az