
O, bu barədə Britaniya parlamentində çıxışı zamanı danışıb:
"Tədbirdə iştirakımla bağlı bir daha qeyd etmək istəyirəm ki, mən bunun işgüzar tədbir olduğunu düşündüm. Həmin axşam başqa cür davranmadığımız üçün üzr istəyirəm. Mən buna görə məsuliyyəti öz üzərimə götürürəm və üzr istəyirəm”.
Xatırladaq ki, Conson koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, 2020-ci il Milad günü Dauninq-stritdə hökumət iqamətgahında şənlik keçirməkdə ittiham edilirdi. B.Conson bununla bağlı indiyədək hər hansı açıqlama verməmişdi.
Tehsil-press.az