UNICEF-in qlobal illik nəticələr hesabatında ölkəmizin müsbət təcrübəsi qeyd olunub

UNICEF-in qlobal illik nəticələr hesabatında ölkəmizin müsbət təcrübəsi qeyd olunub UNICEF tərəfindən 2021-ci ildə dünya təhsil sistemində baş verən yeniliklərə dair qlobal illik nəticələr hesabatı dərc olunub. Hesabatda ölkəmizin təhsil sahəsinin bir sıra istiqamətləri üzrə əldə etdikləri nailiyyətlər qeyd olunub.
Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən məktəbəqədər hazırlıq proqramının 5 yaşlıların 90 faizini əhatə etməsi sənəddə xüsusi vurğulanıb. Eyni zamanda, ölkəmizin ucqar ərazilərində icra olunan icma əsaslı məktəbəqədər təhsilin inkişafına yönələn layihənin miqyasının genişlənməsi nəticəsində 55 şəhər və rayonda 695 icma mərkəzi üzrə 850 icma əsaslı məktəbəqədər təhsil qrupunun yaradılması müsbət təcrübə kimi təqdim olunub. Hazırda bu qruplarda 16 min 41 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb olunub.
Hesabatda, həmçinin Təhsil Nazirliyi və UNICEF arasında əməkdaşlıq çərçivəsində münaqişədən zərər çəkmiş 9 regionda məktəb əsaslı psixoloji sağlamlıq və psixososial dəstək layihəsinin həyata keçirilməsi yüksək qiymətləndirilib. Bu çərçivədə uşaq və yeniyetmələrin sosial və emosional öyrənmə bacarıqlarını inkişaf etdirmək üçün 4050 müəllimə təlimlərin təşkil olunduğu qeyd edilib.
Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər