41 ailənin Zəngilana köçəcəyi tarix açıqlandı

41 ailənin Zəngilana köçəcəyi tarix açıqlandı Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə bu ayın sonuna qədər 41 ailənin köçürülməsi həyata keçiriləcək.
Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
O qeyd edib ki, bununla bağlı artıq kifayət qədər böyük tədbirlər görülür.
“Ayın sonuna qədər artıq məcburi köçkünlər həmin evlərə qayıdacaqlar”, - deyə V.Hacıyev əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər