Qlobal təhsil vasitəsilə inklüziyanın və inteqrasiyanın təşviqi məsələləri müzakirə edilib

Qlobal təhsil vasitəsilə inklüziyanın və inteqrasiyanın təşviqi məsələləri müzakirə edilib Təhsil nazirinin müavini Firudin Qurbanov Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb.
Görüşdə qlobal təhsil vasitəsilə inklüziyanın və inteqrasiyanın təşviqi məsələləri müzakirə edilib.
Firudin Qurbanov inklüziya mədəniyyətinin bərqərar olunmasının əhəmiyyəti barədə danışıb, Azərbaycan təhsil sistemində bu istiqamətdə görülmüş işlərə toxunub.
Görüşdə ölkədə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilinin təşkili istiqamətində aparılan islahatlar və qanunvericilik bazasının təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.
Regional İnkişaf İctimai Birliyinin nümayəndələri inklüziv təhsilin genişləndirilməsində təşkilatın həyata keçirdiyi layihələr barədə görüş iştirakçılarına məlumat veriblər. Həmçinin Təhsil Nazirliyi ilə bu sahədə gələcək əməkdaşlıq istiqamətlərinə dair söhbət aparılıb, fəaliyyətlərin ümumi əlaqələndirilməsini təmin etməklə səmərəliliyin artırılması üçün İşçi qrupun yaradılması qərara alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər