Zelenski Rusiyanın itkilərini açıqladı

Zelenski Rusiyanın itkilərini açıqladı “Rusiya ordusu Ukraynadakı müharibə zamanı təqribən 40 000 hərbçi itirib”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.
Onun sözlərinə görə, fevralın 24-dən bu günə qədər on minlərlə rusiyalı hərbçi isə yaralanıb.
Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyat zamanı çox sayda dinc sakin həlak olub. Bununla yanaşı, Rusiya Ukraynanın bir neçə vilayət, şəhər və qəsəbələrinə nəzarəti ələ keçirib.

Tehsil-press.az



Oxşar xəbərlər