Müharibə nəticəsində Ukrayna ÜDM-in 35 faizini, 200-dən çox zavodu itirib

Müharibə nəticəsində Ukrayna ÜDM-in 35 faizini, 200-dən çox zavodu itirib Rusiyanın başlatdığı müharibə səbəbindən Ukraynanın ümumi daxili məhsulu 35 faiz azalıb, ölkə 200-dən çox zavodu itirib.
Bunu Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak bildirib. “İndi bizim üçün çox çətin vaxtdır. Hərbi əməliyyatlar səbəbindən 5 milyon nəfər tərk edib. Bir o qədər də məcburi köçkün var. Rusiyanın təcavüzü nəticəsində on minlərlə dinc sakin həlak olub. Müharibə Ukrayna ÜDM-nin 35 faizini aparıb. Biz 200-dən çox zavod itirmişik”, - Ermak belə deyib.
Onun sözlərinə görə, Ukraynanın birbaşa itkiləri bu günədək 600 milyard ABŞ dollarını ötüb.
Andrey Ermak, həmçinin qeyd edib ki, bütün bunlara baxmayaraq, Ukrayna müdafiə olunmaqda davam edir, şərqdə və cənubda şiddətli döyüşlər gedir.

Tehsil-press.az


Oxşar xəbərlər