
Sərtlərə görə tələbələr tək və ya komanda şəklində maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparıblar. Layihə çərçivəsində 100-dən artıq ideya təqdim edilib ki, bunlardan 6 komanda – ümumilikdə 9 tələbə final mərhələsinə vəsiqə qazanıb.
Layihə yekunlaşaraq qaliblər müəyyən edilib. Birinci yerə “Kapital Citizen” layihəsi ilə ADA Universitetinin tələbəsi Anar Bayramov, II yerə “BirVaxt” layihəsi ilə UNEC-in tələbəsi Nicat Həsənli, III yerə isə “BirBNA” layihəsi ilə UNEC-in tələbələri Aydan Əzizli və Lalə Məmmədova layiq görülüblər.
Qaliblərə müvafiq olaraq 1500 manat, 900 manat və 600 manat məbləğində mükafat və sertifikatlar təqdim edilib. Həmçinin finala çıxan hər bir iştirakçı “Kapital Bank”ın təcrübə proqramında iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, “Kapital Bank” UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün bu il “PAŞA Holdinq” ilə birgə “PASHA Hackathon” layihəsi keçirilib.
Tehsil-press.az