
“PAŞA Bank” və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə həyata keçirdiyi layihə elektron qeydiyyat və müsahibə olmaqla iki mərhələdə aparılıb. Sonda 5-i UNEC tələbəsi olmaqla 20 tələbə qalib seçilib. Hər bir təqaüdçü il ərzində hər ay 145 manat məbləğində təqaüdlə təmin ediləcək.
Layihənin məqsədi yerli universitetlərin istedadlı və ictimai sahədə fəal tələbələrini həvəsləndirmək, eləcə də özəl və dövlət sektorlarını güclü insan resursları ilə təmin etməkdir.
UNEC-in Mətbuat Xidməti