AzTU-da MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

AzTU-da MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir Azərbaycan Texniki Universitetində (AzTU) MBA proqramı çərçivəsində müəllimlərin işə qəbulu aparılır.
Qəbul 2022-2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə keçirilir.
Azərbaycan və ingilis bölməsi üçün iqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə azı magistr dərəcəsi olan müəllimlər işə qəbul edilir.
İşə qəbul olunmaq istəyənlər avqustun 15-dək müraciət edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər