Seulda güclü yağış 7 nəfərin həyatına son qoydu

Seulda güclü yağış 7 nəfərin həyatına son qoydu Cənubi Koreyada güclü yağışlar zamanı 7 nəfər ölüb, 6 nəfər isə itkin düşüb. Təbii fəlakətdən daha çox Seul və ona bitişik bölgələr zərər çəkib.
Paytaxtda bir saatda 141,5 millimetr yağış yağıb. Bu, 1942-ci ildən bəri ən yüksək göstəricidir. Seulda yağıntının ümumi miqdarı 422 mm-ə çatıb.
Yağan leysan səbəbindən dəmir yolunun fəaliyyəti dayandırılıb, bir neçə metro stansiyası su altında qalıb. Səhər saatlarında 19 bərə marşrutu bağlanıb.
Şimali Koreya mediası digər bölgələrdə də güclü yağışların olacağı ilə bağlı xəbərdarlıq edib.

Tehsil-press.az




Oxşar xəbərlər