Yaponiyada güclü yağışlar, 52 nəfər öldü

Yaponiyada güclü yağışlar, 52 nəfər öldü Yaponiyanın cənub-qərbində güclü yağışlar nəticəsində 52 nəfər ölüb.
Yağıntılar zamanı xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır. 12 nəfərin itkin düşdüyü bildirilir.
Məlumata görə, ölənlərdən 51 nəfəri Kyusyu adasının Kumamoto prefekturasının, 1-i isə Fukuoka prefekturasının sakinidir.
Şənbə günündən başlayan yağıntılar nəticəsində Kyusyu adasında təxminən 7 min insan işıqsız qalıb. Fəlakət bölgəsinə xilasedicilər və 10 min hərbi qulluqçu göndərilib.
Yaponiyanın Baş Meteoroloji İdarəsi intensiv yağışlara görə üç prefekturanın təhlükə altında olduğunu açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər