
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “L’Express” jurnalına müsahibəsində bildirib.
“Rusiyanın vədlərinə etibar etmək olmaz. Heç kim vəziyyəti donduracaq və Minsk razılaşmalarının müşayiətilə Şərqdə baş verənləri xatırladacaq atəşkəsə inanmır”, - deyə Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, bu razılaşmalar münaqişəni qısa müddətliyinə dayandırıb, lakin “sonra Rusiya genişmiqyaslı işğala başlayacaq”.
Qeyd edək ki, bu gün Ukraynanın müstəqilliyinin 31-ci ildönümüdür. Fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Tehsil-press.az