Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.
Bu gün saat 11:05-ə olan məlumata görə, 54 min 272 ixtisas seçimi ərizəsi təsdiq olunub.
Ali məktəblərə tələbə qəbulu müsabiqəsində yalnız elektron ərizələrini təsdiqləmiş abituriyentlər iştirak edə biləcəklər. Abituriyentlər (o cümlədən subbakalavrlar) “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil olub seçimlərini etməlidirlər.
Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri”, habelə müsabiqə şərtləri barədə məlumat DİM-in saytında yerləşdirilib.

Tehsil-press.az




Oxşar xəbərlər