HIMARS-ın Rusiya üçün təhlükəsindən danışdı

HIMARS-ın Rusiya üçün təhlükəsindən danışdı ABŞ-ın Ukrayna ordusuna verdiyi HIMARS reaktiv yaylım atəş sistemləri hazırda Rusiya ərazisi üçün ciddi təhlükə kəsb etmir, lakin hər şey raketlərin atəş məsafəsindən asılıdır.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Fransanın LCI telekanalına müsahibəsində deyib.
“HIMARS, əlbəttə, hələ elə bir ciddi təhlükə kəsb etmir”, - o qeyd edib.
Eyni zamanda, Medvedev qeyd edib ki, bu reaktiv yaylım atəş sistemləri və bəzi digərləri raket kateqoriyasından asılı olaraq, müxtəlif məsafələrə atəş aça bilirlər.
“Bu cür raket 70 km-ə uçduqda ayrı, 300-400 km-ə uçduqda isə ayrı şeydir - bu, birbaşa Rusiya Federasiyasının ərazisinə təhdiddir”, - TŞ sədrinin müavini deyib.
Qeyd edək ki, ABŞ administrasiyası Ukraynaya tezliklə 775 milyon dollar həcmində növbəti hərbi yardım paketi ayıracaq. Yeni paketə yaylım atəşli HIMARS raket sistemləri üçün sursat və 36 min ədəd mərmi daxildir.

Tehsil-press.az



Oxşar xəbərlər