Xaricdə təhsil alan doktorantlar üçün infosessiya təşkil olunub

Xaricdə təhsil alan doktorantlar üçün infosessiya təşkil olunub Təhsil İnstitutu tərəfindən noyabrın 23-24-də keçiriləcək doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransına - NASCO-ya müraciət qaydalarını ətraflı şəkildə izah etmək və mövcud sualları cavablandırmaq məqsədilə onlayn infosessiya təşkil olunub.
İnfosessiya “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan doktorantlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Tehsil-press.az


Oxşar xəbərlər