“Paşinyan sülh sazişi ilə bağlı işləri sürətləndirməyi tapşırıb”

“Paşinyan sülh sazişi ilə bağlı işləri sürətləndirməyi tapşırıb” “Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra İrəvanda dar tərkibdə iclas keçirib. O, iclas zamanı görüşdə əldə olunan razılaşmalar və müzakirə olunan məsələlər barədə ətraflı məlumat verib”.
Qəzet yazır ki, iclas zamanı Paşinyan Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişinin mətn hissəsi ilə bağlı işləri sürətləndirməyi tapşırıb. Bildirilir ki, o, noyabrın ortalarına qədər artıq sazişin ilkin variantına sahib olmaq istəyir.
“Ermənistan XİN-də olan mənbənin məlumatına görə, artıq bir aydan çoxdur ki, nazirlikdə bu sənədlə məşğul olan xüsusi qrup çalışır”, - deyə məlumatda qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər