
Bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.
“Ermənistan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək. Həm də tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqu təmin etmək üçün hər cür səy göstərməyə hazırıq”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bölgədə müharibə Rusiyanın səyləri nəticəsində dayanıb:
“Rusiyanın səyləri nəticəsində hərbi əməliyyatlar dayandı və regionda vəziyyətin deeskalasiyasına nail olundu. Xüsusilə prezident Vladimir Putinin regionda sülhün əldə olunmasındakı rolunu qeyd etmək istərdim”.
Tehsil-press.az