Paşinyan sərhədlərlə bağlı yayılan sənədi təsdiqlədi

Paşinyan sərhədlərlə bağlı yayılan sənədi təsdiqlədi "Ermənistanın nəzarəti altında vaxtilə Sovet Azərbaycanın tərkibində olan ərazilər var və indi də Azərbaycanın tərkibində olan Sovet Ermənistanının əraziləri var. Bu məsələlər üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan müvəqqəti olaraq parlamentdəki çıxışı zamanı bildirib.
Xatırladaq ki, Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndi Ermənistanın nəzarətindədir.
Paşinyan parlamentdə bu dəqiqələrdə də davam edən çıxışı zamanı deyib ki, müxalifətin açıqladığı üçtərəfli razılaşma mətni həqiqətən mövcuddur və son 2 gündə işçi formatda tərəflər arasında müzakirə olunur.
Bu sənəddə Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair məsələləri həll etmək üçün üçtərəfli işçi qrupunun yaradılmasından söhbət gedir. Paşinyan deyib ki, Azərbaycanla Ermənistanın delimitasiya və demarkasiya aparılmalı olan sərhədləri yoxdur. Və əgər indiki situasiya (Garagöl ətrafındakı vəziyyət) həll edilsə belə, gələcəkdə analoji situasiya yarana bilər.
“Biz yenə də beynəlxalq hay-küy qaldırmaq yolu ilə getməliyik? Sonda biz məlum hadisələrdən (müharibədən) sonra elə situasiya ilə üzləşmişik ki, bunu idarə etmək lazımdır. Ona görə də bu məsələlərlə məşğul olmaq üçün üçtərəfli komissiyanın yaradılması təklifi meydana çıxdı”, - Paşinyan bildirib.
O, qeyd edib ki, sənəddəki mühüm bənd tərəflərin situasiyanı qoşunların hərəkəti yolu ilə deyil, ancaq diplomatik yolla həll edəcəyi barədədir. Azərbaycanla diplomatik münasibətlər olmadığından Yerevan bu komissiyanın üçtərəfli olmasını istəyir.

Paşinyan sərhədlərlə bağlı yayılan sənədi təsdiqlədi

Tehsil-press.az

Oxşar xəbərlər