“Kabildəki partlayış Əfqanıstanla dialoqa təsir etməyəcək” - Zaxarova

“Kabildəki partlayış Əfqanıstanla dialoqa təsir etməyəcək” - Zaxarova Rusiya Kabildə baş verən partlayışın Əfqanıstanla dialoqa təsir etməyəcəyini açıqlayıb.
Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.
Mariya Zaxarova Rusiya ilə Əfqanıstan arasında münasibətləri pozmaq istəyənlərin olduğunu bildirərək, “Bədxahlar nə qədər çalışsalar da, təxribatlar Kabillə konstruktiv dialoqumuza təsir etməyəcək” deyib.
Qeyd edək ki, Sentyabrın 5-də Rusiyanın Kabildəki səfirliyinin qarşısında partlayış baş verib. Taliban administrasiyasının Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran hücum nəticəsində 4 mülki şəxsin və səfirliyin əməkdaşları olan 2 Rusiya vətəndaşının həyatını itirdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər