Məşhur caz ifaçıları Heydər Əliyev Mərkəzində çıxış edəcək - Video
Sentyabrın 30-da Heydər Əliyev Mərkəzində caz ulduzları Melvin Trevis (Melvin Travis) və Mina Aqossinin (Mina Agossi) konserti keçiriləcək. Konsert 17-ci Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində təşkil edilir. Həmin gün cazsevərləri heyrətamiz ifa, ecazkar ritm və inanılmaz enerji gözləyir.