Ədəbiyyat İnstitutunda ikicildlik “Nizami Gəncəvi ensiklopediyası” hazırlanır

Ədəbiyyat İnstitutunda ikicildlik “Nizami Gəncəvi ensiklopediyası” hazırlanır İkicildlik “Nizami Gəncəvi ensiklopediyası”nın sözlüyü hazırlanaraq müzakirələrdən keçirilib, müəlliflər heyəti müəyyən edilib, tədqiqat işinə 2022-ci ilin əvvəllərindən etibarən başlanılıb.
Bu barədə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi irsinin tədqiqi yeni mərhələdə” mövzusunda keçirilən müzakirə zamanı bildirilib.
Bundan başqa, institutda dünyanın müxtəlif ölkələrində böyük Azərbaycan şairi və mütəfəkkiri haqqında çap edilmiş məqalələrdən ibarət “Nizami Gəncəvi dünya ədəbiyyatşünaslığında” adlı kitabın hazırlanıb nəşr edilməsi, “Nizami Gəncəvi və dünya ədəbiyyatı” adlı kollektiv monoqrafiyanın yazılması, “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin soykökü və nəsil şəcərəsi” mövzularında tədqiqatların aparılması, “Xəmsə”nin sovet dövründə Azərbaycan dilinə edilmiş filoloji tərcümələrinin yeni redaktədə nəşrə hazırlanması, beynəlxalq və respublika elmi konfransların keçirilməsi də məqsədəuyğun hesab edilib.

Tehsil-press.az



Oxşar xəbərlər