HTP çərçivəsində Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil alacaq şəxslərin adları təsdiqlənib

HTP çərçivəsində Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil alacaq şəxslərin adları təsdiqlənib 2022-2023-cü tədris ili üzrə Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MGIMO) təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 9 nəfər Azərbaycan Respublikası vətəndaşı həmin ali təhsil müəssisəsində təhsil almaq imkanı qazanıb. Tələbələrin təhsili Hökümətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində həyata keçirilir.
Seçim turları Dövlət İmtahan Mərkəzi və MGIMO tərəfindən aparılıb. Tələbələrin 6-sı bakalavriat, 3-ü isə magistraturada iqtisadiyyat, jurnalistika, maliyyə və kredit, hüquqşünaslıq ixtisasları üzrə qəbul edilib.
Təqaüd proqramının tələblərinə uyğun olaraq, onların təhsil haqqı, yataqxana xərci Rusiya tərəfindən, aylıq təqaüd və yol xərci isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.
Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan fevralın 16-da verilib.

Tehsil-press.az

Oxşar xəbərlər