
Bu məlumat Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı və “Walk Free” Fondunun Cenevrədə birgə təqdim etdiyi “Müasir quldarlıq - 2021” hesabatında yer alıb. Hesabatın müəllifləri hesab edirlər ki, dünyada azı 28 milyon insan əməyə məcbur edilir, 22 milyon insan isə məcburi nikahla yaşayır və əsasən ev xidmətçisi vəzifəsini yerinə yetirirlər.
Hesabatda qeyd edilir ki, yuxarıda qeyd edilən qrupa daxil olan şəxslərin təxminən 25 faizi kommersiya məqsədli cinsi istismara məruz qalır. Məcburi əməyə cəlb olunanların sayının son illərdə artması COVID-19 pandemiyasının yaratdığı çətin iqtisadi vəziyyətlə əlaqələndirilir.
Məcburi əməyin əsas hissəsi özəl sektorda baş versə də, bir sıra ölkələrdə dövlət tərəfindən cəza növü kimi icbari əmək tətbiq olunur.
Tehsil-press.az