BMT: Dünyada məcburi köçkünlərin sayı 100 milyon nəfərə çatıb

BMT: Dünyada məcburi köçkünlərin sayı 100 milyon nəfərə çatıb Artıq bütün dünyada məcburi köçkünlərin sayı 100 milyon nəfərə çatıb.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Dünya Qaçqınlar Günü ilə bağlı bəyanatında deyilir.
“Məcburi köçkünlərin ümumi sayı 100 milyon nəfərə çatıb – bu, dövrümüzün acı reallığıdır”, - deyə Antonio Quterreş bildirib.
Baş katibin sözlərinə görə, Ukrayna ətrafında yaranan vəziyyət İkinci Dünya müharibəsindən sonra Avropada insanların ən böyük və ən sürətli yerdəyişməsinə səbəb olub.

Tehsil-press.az


Oxşar xəbərlər