Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları - Siyahı

Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları - Siyahı Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları açıqlanıb.
Bu barədə zərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrəTəşkilat Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Toplantıda üç məsələ müzakirəyə çıxarılıb.
Birinci məsələ ilə əlaqədar məlumat verilib ki, müxtəlif media təmsilçiləri qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı suallar ünvanlayırlar. Onların sərbəst fəaliyyətlərinin təmin edilməsi şərtdir. Bu zaman qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb. Belə ki, KİV-lər bununla bağlı [email protected] e-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.
İclasda müzakirəyə çıxarılmış ikinci məsələ MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Qeyd edək ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir. Namizədlərin siyahısı onların topladıqları səs sayına görə aşağıdakı kimidir:

Jurnalist namizədlər
Ad, soyad Vəzifəsi Topladığı səs
Rəşad Məcid “525-ci qəzet”in baş redaktoru 103
Vüqar Rəhimzadə “İki sahil” qəzetinin baş redaktoru 72
Vüsalə Mahirqızı APA Holdinqin rəhbəri 66
Elçin Mirzəbəyli “Xalq cəbhəsi” qəzetinin baş redaktoru 65
Aydın Quliyev “Bakı xəbər” qəzetinin baş redaktoru 64
Hacıbəy Heydərli “Azxeber.com” saytının baş redaktoru 63
Azər Həsrət “Bayraqdar.info” saytının baş redaktoru 62
Akif Aşırlı “Şərq” qəzetinin baş redaktoru 57
Rauf Arifoğlu “Yeni Müsavat” Media Qeupunun rəhbəri 54
Alqış Musayev “Yeni Azərbaycan” qəzetinin baş redaktoru 51
Fuad Hüseynəliyev Reрort İnformasiya Agentliyinin baş direktoru 49
Aynur Camalqızı Teleqraf Holdinqin rəhbəri 43
Qalib İbrahimoğlu “Bakıvaxtı.az” saytının baş redaktoru 42
Vasif Həsənli “Demokrat.az” saytının baş redaktoru 39
Emin Musəvi “ASAN radio”nun direktoru 37
Səadət Məmmədova Televiziya jurnalisti 36
Fərid Şahbazlı “Editor.az” saytının baş redaktoru 36
Səbuhi Abbasov “7news.az” saytının baş redaktoru 35
Niyaz Niftiyev “Xezernews.az” saytının baş redaktoru 35
Rafail Becanov “Cümhuriyyət” qəzetinin baş redaktoru 30
Elşad Eyvazlı “Modern” Media Qrupun rəhbəri 25
Afiq Mirzəbəyli “Reytinq” qəzetinin baş redaktoru 23
Aqil Ələsgər “Yeni Çağ” Media Qrupunun rəhbəri 23
Aqil Camal “Türküstan” qəzetinin baş redaktoru 22
Bəhruz Quliyev “Səs” qəzetinin baş redaktoru 17
Yunus Oğuz “Olaylar” qəzetinin baş redaktoru 17
Məğrur Əliyev “Təbib” qəzetinin baş redaktoru 17
Zahir Əzəmət “Qaynar.info” saytının baş redaktoru 14

İctimaiyyətdən olan namizədlər
Əflatun Amaşov Mətbuat Şurasının sədri 112
Müşfiq Ələsgərli Jurnalistlərin Həmkarlar İttifaqının sədri 82
Yadigar Məmmədli Demokratik Jurnalistlər Liqasının sədri 66
Ceyhun Musaoğlu Jurnalist Ekspert Mərkəzinin sədri 62
Umud Rəhimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri 58
Qulu Məhərrəmli BDU Jurnalistika fakültəsinin professoru 57
Vüqar Zifəroğlu BDU jurnalistika fakültəsinin dekanı 48
Fərid Pərdəşünas “Technote Media” şirkətinin icraçı direktoru 45
Natiq Məmmədli Medianın İnkişafı Agentliyinin şöbə müdiri 36
Mətin Məmmədli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru 34
Müsəllim Həsənov Bakı Media Mərkəzinin əməkdaşı 33
Şəmsəddin Əliyev “Polisə dəstək” İctimai Birliyinin sədri 28
Yeganə Hacıyeva Politoloq, Gənc Demokratlar İnstitutunun sədri 27
Bəhruz Məmmədzadə “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini 25
Vüsalə Hüseynli İslahatçı Qadınlar və İnnovasiylar İctimai Birliyinin sədri 23
Azər Sarıyev Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı 18
Nadir İsmayılov Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri 14
Xanoğlan Əhmədov “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri 13
İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. TK-nın qərarına əsasən siyahı 23 sentyabr 2022-ci il tarixində Mətbuat Şurasının presscouncil.az saytında yerləşdiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcəkdir. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaqdır.

Tehsil-press.az


Oxşar xəbərlər