“Refleksiv müəllim” layihəsi çərçivəsində fizika fənnindən seminar keçirilib

“Refleksiv müəllim” layihəsi çərçivəsində fizika fənnindən seminar keçirilib Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) “Refleksiv müəllim” layihəsi üzrə fizika fənnindən seminar keçirib.
Budəfəki seminar Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə təşkil edilib. Seminarda məktəbin fizika müəllimi Natavan Əliməmmədova 6-cı sinif dərsliyində olan “Diffuziya” mövzusu üzrə dərs icmalı təqdim edib.
Təqdim olunan icmal əsasında məzmun standartı ilə məqsəd arasında əlaqə, inteqrasiya olunan standartların müvafiqliyi, iş üsullarının seçilməsi, qiymətləndirmə meyarları və fizika dərslərində təhlükəsizlik qaydalarına riayət olunması kimi məsələlər ətrafında müzakirələr aparılıb, mütəxəssislərin rəy və tövsiyələri dinlənilib.
Qeyd edək ki, yeni tədris ilindən MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər