Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları II Şəhidlər xiyabanını ziyarət ediblər
Riyaziyyat və Mexanika İnstitutunda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb. İnstitutun əməkdaşları 27 Sentyabr - Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.
Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımız düşmən işğalından azad olundu, biz böyük Zəfər qazandıq. Tariximizə yeni bir qəhrəmanlıq səhifəsi yazan bu Zəfərlə qürur duyuruq. Bu Zəfər gələcək nəsillərə həmişə örnək olacaq.
Şəhidlərin xatirəsi ürəklərdə əbədi yaşayacaq.
Tehsil-press.az
- Baxış: 2220
Xəbərin tarixi: 27.09.2022 / 10:00
-
Oxşar xəbərlər