BDU-nun tələbələri Şəhidlər xiyabanını ziyarət edib

BDU-nun tələbələri Şəhidlər xiyabanını ziyarət edib Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri 27 sentyabr - Anım Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Universitetin tələbələri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb, Vətən müharibəsində qazandığımız böyük Qələbədən sonsuz qürur hissləri keçirdiklərini deyiblər.
Çıxış edənlər şəhidlik zirvəsinə yüksəlmiş fədakar Vətən övladlarının əziz xatirəsinə həsr olunan tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu söyləyiblər.

Tehsil-press.az


Oxşar xəbərlər