Kasilyas Şakira ilə eşq yaşayır? - Özü açıqladı

Kasilyas Şakira ilə eşq yaşayır? - Özü açıqladı “Real”ın sabiq qapıçısı İker Kasilyas kolumbiyalı müğənni Şakira ilə sevgili olduqları barədə yayılan xəbərlərə münasibət bildirib.
Tərəflər İnstaqram hesablarından bir-birlərini izləməyə aldıqlarından sonra onların sevgili olduğu haqda söz-söhbətlər yaranmağa başlayıb.
Kasilyas isə İnstaqram hesabının “History” bölümündə etdiyi paylaşımlarla bu məlumatları ələ salıb və təkzib edib. O, həmin xəbər başlıqlarını ayr-ayrı paylaşıb.
Bununla da 41 yaşlı keçmiş qolkiper Şakira ilə bir-birlərini izləməyə almalarının sevgili olduqları mənasına gəlmədiyinə və məlumatların şayiə olduğuna işarə edib.
Qeyd edək ki, Şakira iyunun 4-də “Barselona”nın futbolçusu Jerar Pike ilə 11 illik münasibətinə son qoyub. Bildirilirdi ki, buna səbəb müdafiəçinin xəyanət etməsi olub.

Tehsil-press.az

Oxşar xəbərlər